Türkiyədən Rusiyaya dəstək

“Biz bu sanksiyalara qoşulmağa məcbur deyilik”…

“Biz bu sanksiyalara qoşulmağa məcbur deyilik”.

Türkiyə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulmaq fikrində deyil və Suriya ilə İraqda problemlərin həll edilməsi üçün əməkdaşlığın labüd olduğunu Türkiyə Aİ üzrə nazir Volkan Bozkır avropa deputatlarına bəyan edib.

Oxu.Az bu barədə RİA-Novosti-yə istinadən xəbər verir.

“Düşünmürəm ki, bu sanksiyalar hər hansı bir nəticə və ya hardasa Liviya, Suriya, İraq və ya İranda xeyir gətirib. Rusiyaya qarşı sanksiyaların yürüdülməsi – məsələnin həll edilməsi demək deyil. Bizdə bir çox ölkələrdə yaxşı münasibət və iqtisadi fayda mövcuddur. Biz bu sanksiyalara qoşulmağa məcbur deyilik, çünki bu qərarlar biz olmadan qəbul edilib və bizə sadəcə tətbiq etməyimiz üçün təqdim edilib”, – Bözkır, AP komitəsinin üzvləri qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, “Rusiya ilə münasibətdə ehtiyatlı olmaq lazımdır”.

“Rusiya öz şahmat partiyasını dünyada bir çoxlarından daha yaxşı oynayır. Amma sanksiyalara görə onlar bu partiyada elə addım atacaqlar ki, biz rus ruletkası oynamağa məcbur edəcəklər”, – nazir qeyd edib. Onun sözlərinə görə, “Suriya və İŞİD problemini həll etməyə çalışarkən rusiya nüfuzunu unutmaq lazım deyil”.

“Biz Rusiyanı prosesin bir hissəsi olmaq üçün razı salmalıyıq, bizə BMT-nin Təhlükəsizlik Şurasının qərarı lazımdır – Rusiya bu şuraya daxildir, biz suriya hakimiyyətinə silah çatdırılmasının qarşısını almalıyıq – Rusiya ordadır, Rusiya hər yerdədir. Biz Rusiyanı küncə sıxışdırsaq, həll olunmaz problemlə üz-üzə qalacayıq, biz isə problemi həll etməyə çalışırıq”, – nazir bəyan edib.

Rusiya və Qərbin münasibətləri Ukrayna böhranı ilə kəskinləşdi. İyulun sonunda Aİ və ABŞ bəzi fiziki şəxslərə dair sanksiyalardan, rusiya iqtisadiyyatının sahələrinə, eləcə də bank, müdafiə və energetikasına dair sanksiyalara keçdi. Cavab olaraq Rusiya ona qarşı sanksiya yürüdən ölkəlrədən: ABŞ, Aİ ölkələrindən, Kanada, Avstraliya və Norveçdən ərzaq ixracına məhdudiyyət qoydu.

www.oxu.az