Bu günlərdə R.Qriqoryan Ermənistanda olub…
Bu günlərdə R.Qriqoryan Ermənistanda olub.
Twitter sosial şəbəkəsinin vitse-prezidenti Raffi Qriqoryan işğal altında olan Dağlıq Qarabağa səfər edəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Regnum”dan verilən məlumata görə, R.Qriqoryan Dağlıq Qarabağ separatçı rejiminin baş nazirinin Xankəndiyə səfər dəvətini qəbul edib.
Qeyd edək ki, bu günlərdə R.Qriqoryan Ermənistanda olub. O, İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan və yerli İT mütəxəssisləri ilə görüşüb.