“Azərbaycan – Avropanın, UEFA-nın bir hissəsidir”…
“Azərbaycan – Avropanın, UEFA-nın bir hissəsidir”.
UEFA prezidenti Mişel Platini “Avro-2020 “nin oyunlarının keçiriləcəyi şəhərlər barədə danışıb.
Oxu.Az xəbər verir ki, AzVision.az-ın məlumatına görə, Platini Azərbaycan barədə də danışıb.
“Azərbaycan – Avropanın, UEFA-nın bir hissəsidir. Mən onlara ev sahibliyinin verilməsinə qarşı çıxanları anlamıram. Bundan əlavə, mən kiçik ölkələrin yaxşı təkliflər hazırlaya bilməməsinə görə də məyusam. yaxşı təkliflərin sayı olduqca az idi. ¼ mərhələnin iki oyunun Şərqi Avropada (Bakı və Sankt-Peterburq), digər iki oyunun isə Qərbi Avropada (Roma və Berlin) keçirilməsi mənim xoşuma gəlir”, –deyə Platini bildirib.
Qeyd edək ki, sentyabrın 19-da UEFA İcraiyyə Komitəsinin Cenevrə şəhərində keçirilən iclasında qəbul olunan qərara əsasən “Avro-2020 “nin 3 qrup oyunu və ¼ mərhələnin bir oyunu Bakıda keçiriləcək.