Ukrayna müharibə istəmir

“Rəhbərlik sülh yolu ilə həlli axtarmaq strategiyasının tərəfdarıdır”…

“Rəhbərlik sülh yolu ilə həlli axtarmaq strategiyasının tərəfdarıdır”.

Donbas hissəsinin xüsusi statusuna dair qanunun ləğv edilməsi mümkünlüyü hərbi əməliyyatların bərpası demək deyil.

Oxu.Az-ın “RBK-Ukraina”ya istinadən xəbər verdiyi kimi, Ukrayna prezidentinin müşaviri Oleq Medvedyev bəyan edib.

“Qanunun ləğv edilməsi hərbi əməliyyatların bərpa edilməsi demək deyil. Ukrayna rəhbərliyi Donbasda problemlərin nizama salınmasında sülh yolunun həll edilməsi strategiyasının axtarılması tərəfdarıdırlar”, – o qeyd edib.

Donbasın xüsusi statusunun məqsədəuyğunluğu, gözlənildiyi kimi Ukraynanın təhlükəsizlik Şurasının noyabrın 4-də keçiriləcək iclasında nəzərdən keçiriləcək. İclas yerli vaxtla 17.00-da keçiriləcək.

“Zamanında bu qanun həddən artıq mühüm rol oynadı… Biz Donetsk və Luqansk vilayətlərinin sakinlərinə və xarici aləmə Kiyevin siyasi nizama can atmasını nümayiş etdirdik. Bu imkanı yaraqlılar təkzib etdilər. Seçkilərin keçirilməsi qanunu bombardman etdi və Donbasda vəziyyəti kəskinləşdirdi. Qanunun nəzərdə tutduğu geniş səlahiyyətləri biz yalnız qanuni seçilmiş yerli idarə orqanlarına təqdim edə bilərik. Daha özlərini hökumət elan edən quldurlara yox”, prezident öz müraciətində bildirib.

www.oxu.az