“Ukraynada Mariupoldakı hərbi hissəyə hücum zamanı 3 nəfər ölüb, 13 nəfər yaralanıb”…
“Ukraynada Mariupoldakı hərbi hissəyə hücum zamanı 3 nəfər ölüb, 13 nəfər yaralanıb”. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, bunu adıçəkilən ölkənin daxili işlər naziri Arsen Avakov bildirib. Nazir qeyd edib ki, ölən və yaralananlar arasında ukraynalı əsgərlər yoxdur.
“Hərbi hissəyə 300-dən artıq naməlum şəxs hücum edib”-deyə, nazir əlavə edib.
/Lent.az/