“Danışıqlar prosesində dialoq olduqca vacibdir”…
“Danışıqlar prosesində dialoq olduqca vacibdir”.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün baş tutmamasından təəsüflənib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Uorlik Twitter səhifəsində yazıb.
“Biz təəssüf edirik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində görüşə bilmədilər. Dialoq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesində olduqca vacibdir”, – deyə, Uorlik qeyd edib.
Qeyd edək ki, 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasından öncə Ceyms Uorlik xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın tədbir çərçivəsində görüşəcəyini bildirmişdir.
Lakin iclas çərçivəsində xarici işlər nazirləri ATƏT-in Minsk qrupu həmsədrləri ilə ayrı-ayrılıqda görüşüblər.