Uorlik Qarabağ üçün dua edir

ABŞ bu məsələyə necə yardımçı ola bilər?…

ABŞ bu məsələyə necə yardımçı ola bilər?

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dua edir. 

Oxu.Az xəbər verir ki, amerikalı həmsədr bu barədə şəxsi Twitter səhifəsində yazıb. 

Uorlik problemin həlli yolunu tapmağa məcbur olduqlarını vurğulayıb: 

“Nə gözəl bir pasxa günüdür! Mənim duam Dağlıq Qarabağ probleminin daimi həlli yolunun tapılması üçündür. ABŞ bu məsələyə necə yardımçı ola bilər? Bunun bir yolunu tapmağa məcburuq” – deyə amerikalı həmsədr öz mesajında yazıb.

www.oxu.az