Vaşinqtonda Prezident Trampın miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib

Vaşinqtonda ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə qarşı nümayiş keçirilib.

AZƏRTAC TASS agentliyinə istinadən bildirir ki, Ağ Evin qarşısında toplaşan minlərlə insan sığınacaq axtaranlarla həmrəylik nümayiş etdiriblər.

Aksiya iştirakçıları Trampın miqrasiya ilə bağlı son fərmanlarının qəbuledilməz olduğunu bildiriblər.

Qeyd edək ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, o, qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

AZƏRTAC