Venesuela prezidenti: Neftin ədalətli qiyməti bir barel üçün 100 dollardır

“Çin hasilatı artırıb, Rusiya isə bu yolda irəliləyir”…

“Çin hasilatı artırıb, Rusiya isə bu yolda irəliləyir”.

Venesuela prezidenti Nikolas Maduro Venezolana de Television telekanalının canlı yayımında neftin ədalətli qiymətini açıqlayıb.

“Biz deyirik ki, 100 dollar və ya 100 dollara yaxın qiymət ədalətlidir və dünya iqtisadiyyatı bunu qəbul edib”, – Maduro deyib.

Onun sözlərinə görə, belə qiymət dünya səviyyəsində neft sahəsində investisiyaların diversifikasiyasının sabitliyinə zəmindir.  

Maduro yenidən ABŞ-nı Rusiyanın mövqelərini sarsıtmaq və neftin qiymətlərinin ucuzlaşmasının davam etdirilməsi üçün neftin çıxarılmasında hidravlik qırılma üsulundan istifadə etməkdə ittiham edib. Neftin qiyməti avqust ayından 25% enərək bir barel üçün 70 dollar həddinə gəlib.

“Onlar (ABŞ) səylə Rusiyanı üstün olmağa çalışırlar, çünki Çin hasilatı artırıb, Rusiya isə bu yolda irəliləyir”, – RİA Novosti Maduronun sözlərindən sitat gətirib, Oxu.Az xəbər verir.

Bununla yanaşı Venesuela lideri neft qiymətlərinin əvvəlki səviyyəyə çatacağına inandığını bildirib.

“İstənilən halda biz boş dayanmayacayıq və neftin qiymətinin ucuzlaşmasından itirdiyimiz vasitələri kompensasiya etmək üzərində çalışırıq”, – o əlavə edib.

Maduro Rusiyanı neftin qiymətinə təsir edən əsas ölkələrdən adlandırıb. Venesuelanın xarici işlər naziri Rafael Ramires prezidentin qeyd etdiyi kimi, Rusiyada neft ölkələri üzrə turneni başa vurub, bu səfər zamanı iri neft ixracatçıları tərəfindən neftin hasilatının azaldılmasını razılaşdırmağa çalışıb.  

“Mən XİN rəhbərinin yardımı ilə Putinə müraciət yolladım və o bu müraciətə müsbət cavab verib “, – Maduronun sözlərini Lenta.ru sitat gətirib.

Venesuela sutkada 3 milyon barel neft hasil edir, ondan 2,5 milyonu xaricə göndərilir. Ölkə OPEK-in iri neft ixracatçılarının beşliyinə daxildir.

www.oxu.az