Vladimir Andreyçenko: Belarus-Azərbaycan əlaqələrinin genişlənməsi üçün heç bir maneə yoxdur

Bir çox sahələrədə mübadilə proqramlarının həyata keçirilib…

Bir çox sahələrədə mübadilə proqramlarının həyata keçirilib.

Belarus-Azərbaycan əlaqələrinin genişlənməsi üçün heç bir maneə yoxdur.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüş zamanı deyib.

V. Andreyçenko parlamentlərarası əlaqələr və qarşılıqlı səfərlərdən danışıb, iqtisadi, siyasi, təhsil və mədəni sahələrədə mübadilə proqramlarının həyata keçirildiyini bildirib. 

Belarusun Azərbaycanda keçirilən seçkilərin daimi müşahidəçisinə çevrildiyini qeyd edən V. Andreyçenko Minskin 2015-ci ildə ölkəmizdə keçiriləcək seçkilərə də müşahidəçilər göndərməyə hazır olduğunu deyib.

E. Məmmədyarov isə iki ölkə arasında siyasi əlaqələrin inkişaf etdiyini vurğulayıb. O həmçinin qeyd edib ki, kənd təsərrüfatı, İKT, investisiyaların yatırılması, Azərbaycanda həyata keçirilən enerji layihələrinə Belarus şirkətlərinin cəlb olunması və digər sahələrdə müxtəlif imkanlar mövcuddur.

www.oxu.az