Xəzəryanı ölkələrin XİN rəhbərləri bir arada

Məmmədyarov və Məhəmməd Cavad Zərif arasında görüş keçirilib…

Məmmədyarov və Məhəmməd Cavad Zərif arasında görüş keçirilib.

Rusiya paytaxtında Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin konfransı başlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Beynəlxalq Ticarət Mərkəzində keçirilən konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iştirak edirlər.

Nazirlərin görüşündə bu ilin payızında Həştərxanda keçiriləcək Xəzər sammitinin gündəliyi, proqramı və yekun sənədləri müzakirə olunacaq. 2010-cu ildə Bakıda keçirilmiş sammitin qərarlarının yerinə yetirilməsi üzrə ekspertlər səviyyəsində görülən işlər təhlil ediləcək. 

Bunlar müasir tələblərə cavab verən yeni hüquqi statusun işlənib hazırlanması, təhlükəsizlik sahəsi və ümumi təhdidlərə qarşı mübarizə, ətraf mühitin mühafizəsi, bioehtiyatların qorunması və rasional istifadəsi, fövqəladə hallar barədə xəbərdarlıq və onların nəticələrinin aradan qaldırılması məsələləridir.  

Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçirilib. Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin konfransı çərçivəsində keçirilən görüş zamanı Azərbaycan-İran ikitərəfli münasibətləri müzakirə olunub.

Qeyd edək ki, Moskvada Xəzəryanı ölkələrin xarici işləri nazirlərinin konfransı keçirilir.

 

/Oxu.az/