Yatsenyuk: Rusiya terror ixrac etməyə başlayıb

“Görünür, Vladimir Vladimiroviç yanaşmalarını dəyişib”…

“Görünür, Vladimir Vladimiroviç yanaşmalarını dəyişib”.

Rusiya neft-qazla yanaşı Ukraynaya terror ixrac etməyə başlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Ukrinform”-un verdiyi məlumata görə, bunu Ukrayna baş naziri Arseni Yatsenyuk Nazirlər Kabinetinin iclasında deyib.

“Mən belə başa düşürəm ki, artıq Rusiyanın ixrac üçün yeni məhsulu var. Neft və qaz ixracından əlavə Rusiya Ukraynaya terror ixrac etməyə başlayıb. Bu gün dünyada yalnız bir ölkə – Rusiya Ukraynada Rusiyanın təxribatçı qruplarının terror aktları həyata keçirdiyini görmür”, – deyə o vurğulayıb.

Yatsenyuk onu da qeyd edib ki, Rusiya hakimiyyəti son həftələrdə təxribatçıların Ukrayna əsgərlərinə və vətəndaşlarına qarşı törətdiklərinə normal yanaşır:

“Görünür, Vladimir Vladimiroviç yanaşmalarını dəyişib: əgər əvvəllər ayaqyolu haqqında danışırdısa, indi qonşu ölkələrdəki terrorçu qruplaşmalarını dəstəkləyir. Rusiyaya mesajımız odur ki, terrorçuları dəstəkləməyi dayandırsın”.

www.oxu.az