Yeni icra başçısı təyin olundu

Prezident İlham Əliyev sərəncam imzaladı…

Prezident İlham Əliyev sərəncam imzaladı.

Prezident İlham Əliyev yeni icra başçısı təyin edib.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezidentin sərəncamına görə, Nizami Sabir oğlu Hacıyev Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Məharət Mustafa oğlu Mustafayevin Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalamışdı.

www.oxu.az