Yılmaz Naxçıvana gedir

Dəvət Zakir Həsənovdan gəlib…

Dəvət Zakir Həsənovdan gəlib.

Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Naxçıvan Muxtar Respublikasına planlaşdırılan səfərinin tarixi məlum olub.

Oxu.Az xəbər verir ki, APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Türkiyənin müdafiə naziri mayın 14-15-də Naxçıvan Muxtar Respublikasında səfərdə olacaq.

Səfər Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovundəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində Türkiyə müdafiə nazirinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanlığı və Muxtar Respublika rəhbərliyi ilə görüşləri planlaşdırılır.

İ. Yılmazın başçılıq etdiyi nümayəndə heyəti, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri ilə də tanış olacaq.

www.oxu.az