Yüzlərlə könüllü İraqın hökumət ordusuna yazılır

Onlara aylıq 644 dollar maddi mükafat vəd edilib…

Onlara aylıq 644 dollar maddi mükafat vəd edilib.

İraqın silahlı qüvvələri Bayci şəhərində yerləşən, “İraq Şam İslam Dövləti”nin yaraqlılarının ələ keçirməyə çalışdıqları, ölkədə ən iri neft emalı zavoduna nəzarəti bərpa etməyə nail oldu. 

Oxu.Az Euronews-a istinadən xəbər verir ki, bir həftə ərzində onlar böyük bir ərazini nəzarət altına alıblar. Bura İraqda əhəmiyyətinə görə ikinci yeri tutan Mosul və Tikrit şəhəri daxil olmaqla Saah-əd-Din vilayəti aiddir.

Yüzlərlə gənc hökumət ordu sıralarına yazılır. İraqın baş naziri Nuri əl-Maliki onların hər birinə maddi mükafat vəd edib. Amma könüllülər əllərinə silah alıb “İraq Şam İslam Dövləti”nin yaraqlılarına qarşı döyüşə qalxmalarına səbəbin baş nazirin vədi deyil, Əli Ayətullah əs-Sistaninin çağırışı olduğunu söyləyiblər.

“Mən bura əs-Sistaninin çağırışına görə gəlmişəm. Biz öz borcumuzu yerinə yetirəcək və İraq xalqına xidmət edəcəyik”, – könüllülərdən biri deyib.

“İraqda islamçılara qarşı döyüşlərdə iştirak edən, hər bir könüllüyə hər ay 644 dollar pul ödəniləcək”, – Reuters agentliyi bildirib.

www.oxu.az