Zakir Həsənov Tehranda ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcək

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə 14-15 apreldə İrana rəsmi səfər edəcək…

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə 14-15 apreldə İrana rəsmi səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə edilməsi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

 

/Trend/