Ziya Məmmədov Niderlandın nümayəndə heyətini qəbul etdi

Nazir qonaqları nəqliyyat sektorunda görülən işlər barədə məlumatlandırıb…

Nazir qonaqları nəqliyyat sektorunda görülən işlər barədə məlumatlandırıb.

Noyabrın 7-də Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Niderland Krallığının İnfrastruktur naziri Melani Şultz van Hagenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, görüş zamanı tərəflər arasında nəqliyyat sahəsində əlaqələr müzakirə edilib.

Ziya Məmmədov Azərbaycanın nəqliyyat sektorunda görülən işlər barədə qonaqlara ətraflı məlumat verərək, ölkəmizdə həyata keçirilən nəqliyyat infrastrukturu layihələrində, o cümlədən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisində Niderland şirkətlərinin iştirakını yüksək qiymətləndirdiyini bildirib.

Eyni zamanda, görüşdə iştirak edən Niderland şirkətlərinin nümayəndələri müvafiq fəaliyyət istiqamətləri barədə məlumat verərək, Azərbaycanla gələcək əməkdaşlıqda maraqlı olduqlarını bildirib, nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığa dair təkliflər təqdim ediblər.

 

/Oxu.az/