Əbülfəs Qarayevdən yeni təyinat

Nazir əmr imzalayıb…

Nazir əmr imzalayıb.

Mədəniyyət və Turizm Nazirliyi sistemində olan bir sira təhsil müəssisələrində kadr dəyişiklikləri olub. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, nazirlikdən, sözügedən məktəblərin inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi işinin uğurla davam etdirilməsi daha fəal və təşəbbüskar rəhbərlərin işə cəlb edilməsini zəruri edir.

Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində rəhbər kadr potensialının gücləndirilməsi, yeniləşdirilməsi, onların rotasiya yolu ilə yerdəyişməsi prosesi sahəsində müvafiq islahatların aparılması işi davam edir.

Nazirliyin müvafiq əmrləri ilə Bakı şəhər Ə.Bakıxanov adına 6, S.Rüstəmov adına 13, 14, 32 nömrəli uşaq musiqi, 24 nömrəli onbirillik musiqi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəblərinə yeni direktorlar təyin edilib.(Trend)

www.oxu.az