“Bizim öz gəncliyimiz isə araşdırma aparmadan bu fikrə etiraz etməyə başladı”…
“Bizim öz gəncliyimiz isə araşdırma aparmadan bu fikrə etiraz etməyə başladı”.
Amerikanın Kolumbdan əvvəl müsəlmanların kəşf etdiyini dedim, bu yeni iddia deyil.
Oxu.Az ANS-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.
O, bildirib ki, Amerikanın Kolumbdan əvvəl müsəlmanların kəşf etməsi fikrini əsaslandırıb:
“Bu fikir Almaniyada yaşayan Fuat Sezginin əsərində də yer alır. Bir çox əsərdə də var. Mən bu mövzuda yazan, danışan alimlərdən aldığım məlumat ilə bu sözləri ifadə etmişəm”.
Prezident çıxışı zamanı qeyd edib ki, Türkiyə və dünyada çox sayda alim bu fikri iddia edir və sübutlarla təsdiqləyir.
“Bizim öz gəncliyimiz isə araşdırma aparmadan bu fikrə etiraz etməyə başladı. Hətta bəzi köşə yazarları, karikaturaçılar da bu fikrə etiraz etdilər. Bəlkə də onlar əcdadlarının qurudan gəmiləri Haliçə keçirdiklərinə də inanmırlar. Onlar qaranlıq dövrü bağlayıb, aydın bir dövr yaradan liderlərə də inanmadılar”, deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Ərdoğan bir neçə gün əvvəl bəyan etmişdi ki, Amerika Kolumb tərəfindən deyil, müsəlmanlar tərəfindən kəşf edilib.