Bakı Mühəndislik Universitetində miqrasiya qanunvericiliyinə dair əcnəbi tələbələr üçün maarifləndirmə tədbiri keçirilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, görüşün keçirilməsində məqsəd universitetdə təhsil alan əcnəbi tələbələri, eləcə də bu ali təhsil ocağının əməkdaşlarını Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlandırmaqdır.
DMX-nin beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Ülvi Əliyev təqdimatla çıxış edərək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama qaydaları, müraciət prosedurları barədə məlumat verib, müvafiq icazələrin alınması zamanı diqqət edilməli olan məqamlara toxunub.
Görüşün sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
AZƏRTAC