Əfqanıstan hökuməti ölkənin cənubunda “İŞİD” silahlılarının olduğunu təsdiqləyib

Onlara Molla Abdul Rauf adlı şəxs rəhbərlik edir…

Onlara Molla Abdul Rauf adlı şəxs rəhbərlik edir.

Əfqanıstan hökuməti ölkənin cənubunda “İŞİD” silahlılarının olmasını təsdiqləyib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, ekstremistlər yerli əhalini öz sıralarına qatır və hətta “Taliban” hərəkatı silahlıları ilə toqquşmalara cəlb edilirlər.

Məlumata görə, Əfqanıstanda “İŞİD” qüvvələrinə Molla Abdul Rauf adlı şəxs rəhbərlik edir. “Taliban” qruplaşmasının nümayəndələri, öz növbəsində, yerli əhalini “İŞİD”lə əlaqələr qurmaqdan yayınmağa çağırırlar. 

www.oxu.az