Əfv sərəncamının icrasına başlanıb

Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib…

Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib.

Azərbaycanda əfv sərəncamının icrasına başlanıb.
 
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, prezident İlham Əliyevoktyabrın 17-də bir qrup məhkumun əfv olunması ilə bağlı sərəncam verib.
 
Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də var.