Əhməd Davudoğlu: Terrorizmi İslamla əlaqələndirmək olmaz

“Terrorçular çoxlu müsəlman qətlə yetirir”…

“Terrorçular çoxlu müsəlman qətlə yetirir”.

Terrorizmin dini mənsubiyyəti yoxdur və o, İslamla əlaqələndirilə bilməz. Bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu bu gün Berlində Almaniya Kansleri Angela Merkellə keçirdiyi birgə mətbuat konfransında bəyan edib. 

Davudoğlu Almaniyada səfərdədir. O, dünən Parisdə terrorizm əleyhinə keçirilmiş həmrəylik yürüşündə iştirak edib. Bu barədə Oxu.Az Ria Novosti-yə istinadən məlumat verir. 

“Terroru İslamla, xristianlıqla və ya buddizmlə əlaqələndirmək olmaz. Terrorçular çoxlu müsəlman qətlə yetirirlər, buna görə dini konfessiyalar deyil, konkret terror təşkilatları məsuliyyət daşıyır,” – Davudoğlu deyib. 
Merkel öz növbəsində qeyd edib ki, Almaniya və Türkiyənin müxtəlif məsələlər üzrə fikir ayrılıqları ola bilər, lakin terrorizmlə mübarizədə ölkələr ümumi mövqeni bölüşür. 

“İslam müasir Almaniya mədəniyyətinin bir hissəsidir. Bizim qanunlar milliyət və dinindən asılı olmayaraq ölkədə yaşayanların hamısına hörmət edir. Türk əsilli bir sıra vətəndaşlar Almaniyada yüksək vəzifələrdə təmsil olunur. Biz müsəlmanlarla dialoqu dəstəkləyirik. Bu, müxtəlif mədəniyyət nümayəndələrinin yaşadığı ölkə üçün vacibdir”, – Merkel deyib. 

O, həmçinin əlavə edib ki, ölkəsi Türkiyənin Avropa Birliyinə daxil olmasını dəstəkləyib və dəstəkləyəcək. 

www.oxu.az