Əli Əhmədov: 20 Yanvar faciəsi SSRİ-nin süqutunu tezləşdirdi

“20 Yanvar Azərbaycan xalqının müstəqilliyə doğru atdığı addımlarla bağlıdır”…

“20 Yanvar Azərbaycan xalqının müstəqilliyə doğru atdığı addımlarla bağlıdır”.

Sovet hökuməti azadlığı uğrunda xalqa divan tutdu və beləliklə, bu imperiyanın süqutunu bir az da tezləşdirmiş oldu.

Oxu.Az xəbər verir ki, bu sözləri baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov deyib:

“Azərbaycan xalqı bu faciəni unutmur. Faciənin üstündən 25 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü qeyd edir. Şəhidlərin xatirəsini əziz tutur. Bu, bizim Azərbaycan xalqının tarixində bir tərəfdən kədərli, digər tərəfdən mübarizlik, qəhrəmanlıq anıdır. Bu faciə xalqın müstəqillik yolunda canını verməyə hazır olan insanlarının olduğunu sübut edir. Biz şəhidlərin adını uca tutmalıyıq”.

www.oxu.az