Əmək müqavilələri qeydiyyat sisteminə keçəcək

“Əmək müqavilələri qeydiyyat sisteminə keçəcək”…

“Əmək müqavilələri qeydiyyat sisteminə keçəcək”. Bu haqda SİA-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov əmək məcəlləsində olan dəyişikliklərlə bağlı münasibətini bildirərkən dedi.

 

Onun sözlərinə görə, hər bir işə götürən işçi ilə bağladığı müqavilə haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verəcək: “Eyni zamanda əmək müqaviləsinin bağlanmamasına görə, cinayət məsuliyyəti tətbiq olunub. Bununla yanaşı, əmək müqaviləsinin bağlanmaması ilə bağlı İnzibati Xətalar Məcəlləsində müvafiq cərimələr nəzərdə tutulub”.

 

Hüquqşünasın sözlərinə görə, cərimələr hüquqi şəxslər üçün 20-25 min manata qədər məbləği təşkil edir: “Əgər həmin işçi əcnəbidirsə və əmək müqaviləsi bağlanmayıbsa, yaxud, işləmək üçün icazə alınmayıbsa bu zaman qarşı tərəfə 30-35 min manata qədər cərimə kəsilir. Vəzifəli şəxslər isə 3-5 min manata qədər cərimə ödəməlidir. Bu kimi cərimələr İnzibati Xətalar Məcəlləsində kifayət qədərdir. Rəsmi məlumatlara görə, hazırda üç işçidən birinin əmək müqaviləsi var”.

 

VƏHML sədrinin sözlərinə görə, bu gün əmək müqavilələri bağlandığı iş yerlərində də bir sıra maxinasiyalara rast gəlinir: “Misal üçün, bir sıra yerlərdə işçi ilə əmək müqaviləsində 150 manat əmək haqqı göstərilsə də, real olaraq ona 1000 manat məbləğində əmək haqqı verilir. Burada da artıq vergidən yayınma halları ilə bağlı digər cərimələr nəzərdə tutulur”.

 

Hüquqşünas bir sıra dövlət müəssisəlrinin adlarını çəkərək qeyd etdi ki, dövlətin tabeliyində olan, Asərsu, Azəerenerji, Dövlət Neft Şirkətində əmək müqavilələri var: “Əmək müqaviləsinin olmaması probleminə əsasən özəl sektorda rast gəlinir”.

 

Sia.az