Ərdoğan Dağlıq Qarabağ münaqişəsindən danışdı

“Bəzi şərtlər var…”….

“Bəzi şərtlər var…”.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsindən danışıb. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ötən gün Türkiyədə qeyd olunan Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə ziyafət gecəsi təşkil edilib. 

Ziyafət gecəsində Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Tədbirdə çıxış edən baş nazir Ərdoğan Ermənistan-Türkiyə münasibətlərindən danışıb. 

Jurnalistlərin “Ermənistanla diplomatik münasibətlərin qurulması sərhəd qapılarının açılması ola bilər?” sualına cavabında Ərdoğan bildirib ki, Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından söhbət belə gedə bilməz: 

“Bəzi şərtlər var. Dağlıq Qarabağ məsələsi bizim üçün prioritetdir. Qarabağ münaqişəsi həll olunmadan iqtidarımız belə bir şeyə razı ola bilməz. Çünki orada ciddi haqsızlıq var. Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir”.

www.oxu.az