Nazirlik məlumat yaydı…
Nazirlik məlumat yaydı.
1036 nəfər vətəndaş kvota üzrə iş yerləri ilə təmin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, kvota üzrə məşğulluğu təmin edilənlərin 249 nəfərini əlilliyi olan şəxslər, 215 nəfərini qaçqın və məcburi köçkünlər, 224 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 42 nəfərini müharibə veteranları, 36 nəfərini şəhid ailəsi üzvləri təşkil edib.
Habelə 25 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsin, 34 nəfər sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynin, 159 nəfər 20 yaşadək gəncin, 52 nəfər pensiya yaşına 2 ildən az qalmış vətəndaşın kvota əsasında məşğulluğu təmin olunub.
Qaydalara əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota üzrə iş yeri ayrılmalıdır.