Nazirlik açıqlama verdi…
Nazirlik açıqlama verdi.
Nazirlik 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 112 şəhid ailəsinin və 316 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi üçün vəsait ayırıb.
Oxu.Az xəbər verir ki, bu sözləri ƏƏSMN naziri Səlim Müslümov 20 Yanvar şəhidlərinin anım tədbirində bildirib
Nazir bildirib ki, “Azərbaycan Prezidentinin 2006-cı il 19 yanvar tarixli Fərmanı ilə 20 Yanvar şəhidi fəxri adı almış insanların ailə üzvlərinə ayda 300 manat, 19 yanvar 2011-ci il tarixli Fərmanla isə 20 Yanvar əlillərinə – I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə 100 manat olmaqla aylıq Prezident təqaüdü verilir”.
“Bununla yanaşı, əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində, yəni 85 manat əlavə hesablanır. 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə, habelə 20 Yanvar əlillərinin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinətlər ödənilir”- deyə Səlim Müslümov bildirib.
Nazir əlavə edib ki, ƏƏSMN tərəfindən indiyədək 53 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 78 nəfər 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib.