Ötən il Rusiyadan 63 mindən artıq əcnəbi çıxarılıb. Bu barədə çərşənbə günü jurnalistlərə RF Federal Miqrasiya Xidmətinin (FMX) departament rəhbərinin müavini Dmitri Demidenko bildirib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb. Demidenko deyib: “63 mindən çox xarici vətəndaş ölkənin hüdudlarından kənara çıxarılıb, bundan başqa daha 1,3 min nəfər deportasiya edilib, həmçinin biz yarım milyon xarici vətəndaşın ölkəyə girişini məhdudlaşdırmışıq “.
2012-ci ilin müqayisəli statistikası açıqlanmır. Bütovlükdə, Rusiyaya keçən il 17,5 milyon əcnəbi gəlib, onlardan nə qədərinin ölkədə qaldığı dəqiqləşdirilmir.
Demidenko girişin daha çox Tacikistan, Özbəkistan və Qırğızıstan vətəndaşları üçün bağlı olduğunu bildirib.
FMX əməkdaşlarının mübarizə apardıqları əsas istiqamətlər icazə verilmiş ölkədə olma müddətinin aşılması və il ərzində dəfələrlə inzibati qanun pozuntularına yol verilməsidir.
Federal Miqrasiya Xidmətinin mətbuat katibi Zalina Kornilovun dəqiqləşdirib ki, qanun pozuntularında ifşa edilmiş əcnəbilərin ölkəyə girişi avtomatik bağlanır. /Trend/