4 erməni hərbçisi minaya düşdü

Onlardan 3 zabitdir…

Onlardan 3 zabitdir.

Ermənistanın Tavuş vilayətinin Berd şəhərində erməni hərbi qulluqçuları minaya düşüb. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Arçrun Ovannisyan xəbər verib.

Hadisə zamanı 4 hərbi qulluqçu yaralanıb. 

Bunlardan üçü zabit, biri isə müqaviləli hərbi qulluqçudur.

Yaralıların vəziyyəti ağırdır. 

Hadisə ilə bağlı araşdırma aparılır.

www.oxu.az