Gəncliyə Yardım Fondu (GYF) 20 iyun – Dünya Qaçqınlar günü ərəfəsində Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə və Füzuli rayonundakı “Qayıdış” qəsəbəsində iki gün ərzində 400 uşaq üçün “kiçik toy” mərasimləri keçirmişdir.
Mərasimlərdə GYF-nin prezidenti Əhməd Tecim, Nazirlər Kabineti aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin baş məsləhətçisi Taleh Zeynalov, Türkiyədən gəlmiş həkimlər, Beyləqan, Füzuli və Xocavənd rayonları icra hakimiyyətlərinin başçıları, “Həyat” beynəlxalq humanitar təşkilatının nümayəndələri iştirak etmişlər.
Uşaqlara GYF və “Həyat” təşkilatı tərəfindən hədiyyələr verilmişdir.