– Dəyanət müəllim, may ayında təşkilatınız tərəfindən …
– Qeyd etdiyiniz kimi, may ayında Şuşa rayonunun işğalının ildönümü ilə bağlı “Şuşa qədim Azərbaycan diyarı ” adlı üç dildə kitab nəşr elədik. Həmin kitab həm Azərbaycan kitabxanalarına, həm də dünyanın tanınmış kitabxanalarına, məşhur universitetlərin kitabxanalarına göndərildi. Hal – hazırda növbəti nəşrlər üzərində işləyirik. Azərbaycanın işğal olunmuş hər bir rayonuna dair kitabımız çıxacaq. Yaxın aylarda Ağdamın işğalı ilə bağlı kitabımız nəşr ediləcək. Növbəti işlərimiz də bu istiqamətdə olacaq. Bu kitabın təqdimatına qədər isə miqrasiya məsələləri ilə bağlı tədbirimiz olacaq. Bildiyiniz kimi, yaxın zamanlarda prezidentin kvotaların tətbiq olunması barədə sərəncamı oldu. Bu sərəncamdan irəli gələn vəzifələrlə bağlı “Dəyirmi masa ” olacaq. Biz Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin miqrasiya siyasəti şöbəsi ilə sıx əməkdaşlıq edirik. Tədbirdə bu təşkilatların nümayəndələri də iştirak edəcəklər.