Dağlıq Qarabağ və erməni işğalı altında olan digər ərazilərimiz azad edildikdən sonra həmin regionun qazlaşdırılması ilə bağlı bir sıra layihələr həyata keçiriləcəkdir.
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədrı Əlixan Məlikov demişdir ki, artıq bu istiqamətdə müəyyən işlər görülmüşdür. Füzuli rayonunun Horadiz şəhərinə qaz xətti çəkilərkən bununla bağlı perspektiv nəzərə alınmışdır. Bu zaman yüksək təzyiqli magistral qaz kəmərlərinin çəkilişində istifadə olunan borular işlənmişdir ki, torpaqlar işğaldan azad olunduqdan sonra həmin ərazilərin qazlaşdırılması maneəsiz həyata keçirilsin.
AzərTAc