Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində yenidən yanğın törədiblər. APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilər Baş Qərvənd kəndinin torpaq sahələrinə od vurublar.
Hündürlüyə qalxan alov Bərdə, Tərtər və Ağdamın ətraf yaşayış məntəqələrindən də müşahidə olunur. Yanğın bu dəqiqələrədək davam edir. Yanğın təmas xəttini keçməsə də, əhali cəbhəyə yaxın ərazilərdə yerləşən sahələrin qorunması üçün səfərbər olub.