AZƏRTAC xəbər verir ki, məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağı zaman lazımi şəraitlə təmin edilməsini nəzərdə tutan “Böyük qayıdış” proqramı tam hazırdır.
Bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat vermişdir. O, bildirmişdir ki, torpaqlar işğaldan azad olunan kimi Azərbaycan dövləti həmin ərazilərdə bərpa işlərinə başlayacaqdır.