Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli fərmanında dəyişiklik edilməsi və «Xarici vətəndaşların Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyat zamanı qanun pozuntularının aradan qaldırılmasına dair tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 933 nömrəli fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin fərmanı
«Miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və «Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 222; 2008-ci il, №8, maddələr 720, 722, №11, maddə 980; 2009-cu il, №1, maddə 11) ilə təsdiq edilmiş «Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə»nin 8.7-ci və 8.8-ci bəndləri aşağıdakı redaksiyada verilsin:
«8.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi;
8.8. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi;»;
2. «Xarici vətəndaşların Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyat zamanı qanun pozuntularının aradan qaldırılmasına dair tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 933 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №9, maddə 484) qüvvədən düşmüş hesab edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2009-cu il.