İsrailin Təl-Əviv şəhərində “Regional münaqişələr və mətbuat” mövzusunda beynəlxalq konfrans davam edir.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda ABŞ, Almaniya, Gürcüstan, Ukrayna və Rusiyadan politoloqlar, jurnalistlər və ictimai xadimlər iştirak edirlər. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə təşkil olunmuş tədbirin bugünkü hissəsində Cənubi Qafqaz üzrə ekspert, “İzRus” portalının baş redaktor müavini Aleksandr Qoldenşteyn “Kadrlar hər şeyi həll edir: Azərbaycanla İsrail tərəfdaşlığının perspektivləri varmı?” mövzusunda məruzə ilə çıxış edib.
Sonra ABŞ-dan konfransa qatılan politoloq-jurnalist, Cənubi Qafqaz üzrə mütəxəssis Samson Katsman “Cənubi Qafqazdakı münaqişələrin ABŞ Kütləvi İnformasiya Vasitələrində işıqlandırılması” adlı məruzəsini təqdim edib.
O bildirib ki, Cənubi Qafqazdakı münaqişələrin həllinin gecikməsi əslində bu regionda “forpost” rolunu oynayan Ermənistanın mövqeyindən daha çox asılıdır. “Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qərbin ikili standartlarından sonra Azərbaycan rəhbərliyi özünün xarici siyasətində əsaslı dəyişikliklər etdi, bununla da, Azərbaycanın xarici siyasətində ciddi dönüş yarandı” deyən S. Katsman əlavə edib ki, buna baxmayaraq, xaricdəki, xüsusən də ABŞ-dakı erməni lobbisinin təsiri altında bu ölkənin bəzi rəhbərləri, eləcə də onların dostları Azərbaycan və Türkiyəyə təzyiqlərini davam etdirilər: “Bu isə normallaşma prosesinə ciddi mane olur, eyni zamanda yeni münaqişə ocaqlarının alovlanmasına gətirib çıxarır. Bunu Gürcüstanın timsalında daha aydın görmək olur. Dünənki çıxışında Gürcüstandan olan məruzəçi, parlamentin vitse-spikeri Paata Davitaya Cavaxetiyada baş verənlərin birbaşa ermənilərlə bağlı olduğunu etiraf etdi”.
Politoloqun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfəri zamanı imzalanmış “Moskva Bəyannaməsi” Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilərdi: “Amma yenə də Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən həllini tapmadı. Mətbuatda isə bu bəzən yanlış işıqlandırılır. Yaxşı olar ki, jurnalistlər bu məsələlərdə daha ehtiyatlı və diqqətli olsunlar, Rusiyadan Ermənistana silah satılmasını və ABŞ-dakı erməni lobbisinin rolunu unutmasınlar. Bu amillər artıq özlüyündə münaqişənin niyə həll olunmadığını əks etdirir”.
Daha sonra müxtəlif mövzularda məruzələr olub.
Qeyd edək ki, Azərbaycanı bu tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərliyi ilə geniş nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə APA-nın baş direktoru Vüsalə Mahirqızı da daxildir.