“Ermənistana pul köçürmələri dayandırılarsa, ölkədə yoxsulluq səviyyəsi 23,5 faizdən 31 faizə qalxa bilər”. APA-nın “Panarmenian”a istinadən yaydığı məlumata görə, bu proqnozu İqtisadi İnkişaf və Tədqiqatlar Mərkəzinin direktoru Qaqik Torosyan açıqlayıb.
Onun sözlərinə görə, Ermənistanda miqrantların ehtiyaclarını ödəməyə yönəlmiş investisiya layihələri mövcud deyil, pul köçürmələrinin həcminin birbaşa investisiyaların həcmindən 2,5 dəfə çox olması uzunmüddətli planda ciddi problemlərə gətirib çıxara bilər. Qaqik Torosyan ölkəyə pul köçürmələrini nəzarət olunmayan proses adlandırıb. Ekspert bildirib ki, ölkənin yürütdüyü siyasət miqrasiya prosesini stimullaşdırmağa yönəlməməlidir: “Çünki, bu ciddi demoqrafik problemlərə gətirib çıxara bilər”.