APA-nın “Cihan” Xəbər Agentliyinə istinadən xəbərinə görə, Türkiyənin üç ölkə – Azərbaycan, İran və Ermənistanla həmsərhəd İqdır şəhərinə səfər edən nazir burada jurnalistlərin suallarını cavablandırıb.
Əhməd Davudoğlu bildirib ki, Ermənistanla cəbhə xəttindəki son insidentlə bağlı Azərbaycan tərəfi ilə əlaqə saxlayacaq: “Bütün problemləri sülh yolu ilə həll etmək önəmlidir. Qafqazlarda əsrlər boyu fərqli kökə malik insanlar bir arada yaşayıb və bundan sonra da yaşamağa davam edəcək. Cənubi Qafqazda davamlı sülhün əldə olunması üçün Azərbaycanın işğal altındakı torpaqları azad edilməli və Qarabağ münaqişəsi həll olunmalıdır. İnsan itkisi ilə nəticələnən atışmaları isə ürək ağrısı ilə izləyirik. Bunların təkrar olunmaması üçün əlimizdən gələni edəcəyik”.