Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır – senator

Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə deyib.
Fransalı senator bildirib ki, bir həftə əvvəl ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernard Fasye ilə görüşüb və danışıqların gedişi ilə maraqlanıb.
Spiker Azərbaycanın xarici siyasətində əsas məqsədin Avroatlantik məkana inteqrasiya olduğunu və bu səbəbdən də Fransa ilə əlaqələrin inkişafının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb… Trend.az