Levon Ter-Petrosyan: “Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi inkişaf gözlənilir”

“Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi inkişaf gözlənilir”. APA-nın Ermənistan xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan çıxış edib…“Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi inkişaf gözlənilir”. APA-nın Ermənistan xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan çıxış edib…
Ermənistan Milli Konqresinin son mitinqində çıxış edən eks-prezident deyib ki, mövcud status-kvonun saxlanılması ehtiyatları tükənir. Ter-Petrosyanın zənnincə, prezidentlərin son Dovil bəyanatı bunu aydın şəkildə nümayiş etdirir: “Görünən odur ki, bir tərəfdən Rusiyanın səyləri ilə Qarabağ tənzimlənməsi sona yaxınlaşır, digər tərəfdən isə proses iflasa uğrasa, o halda Azərbaycanın müharibəyə başlamaq hədəsi qat-qat real olacaq”.
Ermənistanın sabiq prezidenti hesab edir ki, Qarabağ məsələsi yaxın zamanlarda Ermənistanın daxili siyasətinə təsir edən əsas amil olaraq qalacaq. Hazırkı Ermənistan iqtidarının ictimai dəstəyə malik olmadığını vurğulayan Ter-Petrosyan “Daşnaksutyun” Partiyasını da tənqid edib. Bu partiyanı ikiüzlülükdə suçlayan eks-prezident bəyan edib ki, müharibənin qızğın çağlarında “Daşnaksutyun” Ermənistanda daxili siyasi vəziyyəti gərginləşdirməyə çalışıb.

Apa.