bu barədə Bakıda mətbuat konfransında NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
İndiki səfər Appaturayın xüsusi nümayəndə vəzifəsində Azərbaycana ilk səfəridir. Əvvəllər o, alyansın rəsmi nümayəndəsi vəzifəsini tutub və ötən ilin noyabrında yeni vəzifəyə təyin edilib.
Appaturayın Azərbaycana səfəri iki dəfə təxirə salınıb.
Onun sözlərinə görə, o, Bakıda çoxlu səmərəli danışıqlar aparıb, lakin daha səmərəlisi Azərbaycan Prezidenti İlham Əliyevlə olub.
“Biz Azərbaycana koalisiyanın Əfqanıstandakı səylərinə töhfəsinə görə minnətdarıq “, – Appaturay bildirib. Onun sözlərinə görə, Bakıda görüşlər zamanı tərəflər arasında spesifik sahələrdə gələcək əməkdaşlıq müzakirə edilib… Trend.az