Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində öz rolunu artırmaq niyyətindədir, lakin ATƏT-in Minsk qrupunun hesabına deyil. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Xarici Siyasət Xidmətinin “Şərq tərəfdaşlığı ” məsələləri üzrə icraçı direktoru Miroslav Layçak “Azadlıq radiosunun ” Ermənistan xidmətinə müsahibəsində bildirib.
“Aİ münaqişənin siyasi nizamlanmasının axtarışı üzrə Minsk qrupunu və onun səylərini dəstəkləyir. Lakin hazırda Aİ-nin üzv ölkələrində əminlik artır ki, rəsmi Brüssel də fəal və nəzərəçarpacaq siyasi rol oynamalıdır “, – o deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi Aİ-nin bizimlə qonşuluqda olan nizamlamada birbaşa iştirak etmədiyi yeganə məsələdir.
“Biz Şərq qonşularımızla münasibətlər qura və bu məsələ mövcud deyilmiş kimi görüntü yarada bilmərik “, – Layçak deyib.
Onun sözlərinə görə, hazırda Aİ ATƏT-in Minsk qrupu ilə Brüsselin nizamlama istiqamətində nə vaxt və necə hansı konkret addımlar ata bilməsi barədə danışıqlar aparır. “Lakin bu sualın cavabı Minsk qrupu ilə müzakirələrdən deyil, danışıqlardan asılıdır “, – avropalı diplomat qeyd edib… Trend.