Fransa deputatlarının Dağlıq Qarabağa səfəri Parisi nəyisə öhdəsinə götürməyə məcbur etmir – XİN

Fransa Milli Yığıncağı (parlamentin aşağı palatası) deputatlarının Dağlıq Qarabağa səfəri rəsmi Parisi nəyisə öhdəsinə götürməyə məcbur etmir və onun mövqeyini dəyişmir. Trend-in məlumatına görə, bunu Fransa XİN-in mətbuat xidmətinin rəhbəri Bernar Valero deyib.
“Parlamentarilərə bizim Dağlıq Qarabağla bağlı mövqeyimiz haqqında lazımınca xəbərdarlıq edilmişdi. Bu səfər Fransanı nəyisə öhdəsinə götürməyə məcbur etmir və onun bu münaqişə ilə bağlı siyasətini heç bir vəchlə dəyişmir. Fransa beynəlxalq ictimaiyyətin bütün ölkələri, o cümlədən Ermənistanın özü kimi, bu ərazinin müstəqilliyini tanımır “, – RİA Novosti yazır…
Trend