Fransız deputatların Dağlıq Qarabağa səfər etmələri beynəlxalq normalara ziddir – səfir

Fransız deputatların Dağlıq Qarabağa səfər etmələri beynəlxalq normalara ziddir. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov belə hesab edir.
“Bəzi ölkələrin deputatlarının, konkret halda fransızların Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmələri faktının özü birincisi, qanunun pozulmasıdır və Azərbaycan belə hərəkətlərə dözə bilməz, ikincisi isə bu hərəkətlər beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, beynəlxalq birlik, o cümlədən Fransa tərəfindən tanınıb “, – Əmirbəyov çərşənbə günü Trend-ə bildirib…
Trend.