Azərbaycanın xarici işlər naziri bir daha bəyan edib ki, Dağlıq Qarabağ probleminin yalnız ölkənin ərazi bütövlüyü çərçivəsində həll olunması mümkündür. Trend-in məlumatına görə, bunu nazir Elmar Məmmədyarov cümə axşamı Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent və Qrenada, Seyşel adaları, Syerra Leone, Şri Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələrini qəbul edərkən deyib.
Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi və münaqişənin son vəziyyəti barədə qonaqlara ətraflı məlumat verən nazir Məmmədyarov münaqişənin həllində artıq beynəlxalq aləm tərəfindən status-kvonun saxlanılmasının qəbuledilməz olduğunu vurğulayıb. Məlumatı XİN-in mətbuat xidməti yayıb… Trend.