Pakistan Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və digər ərazilər məsələsində Azərbaycanı dəstəkləməkdə davam edəcək. Trend-in məlumatına görə, bu barədə Pakistan Senatının sədri Faruk Naek bildirib.
Senat sədri cümə günü Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla görüşündə Azərbaycanın mübahisənin BMT qətnamələrinə uyğun dinc yolla nizamlanmasında Kəşmirin və Pakistanın səylərini və Kəşmir xalqının istəklərini dəstəkləməsini qiymətləndirib. Məlumatı “Associated Press of Pakistan ” yayıb.
“Pakistan Azərbaycanla tarixi, mədəni və dini birliyə əsaslanan yaxın qardaş münasibətləri yüksək qiymətləndirir “, – Naek bildirib. Onun sözlərinə görə, iki ölkə müxtəlif regional və beynəlxalq məsələlər üzrə vahid fikrə malikdir.
“Müxtəlif məsələlərlə bağlı bir-birimizə göstərdiyimiz dəstək bizim əlaqələrimizin möhkəmliyinin təzahürüdür “, – o, müxtəlif sahələrdə iki ölkə arasındakı sıx əməkdaşlıqla bağlı öz məmnunluğunu ifadə edib… Tren.