Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət ATƏT-i narahat edir

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət ATƏT-də ciddi narahatlıq doğurur. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Adam Koberatski “Moskovskie novosti ” qəzetinə müsahibəsində bildirib.
“Təkcə bu il orada ölümlə nəticələnən 20-dən artıq insident baş verib. Mülki əhali arasında qurbanlar olması barədə məlumat xesusi həyəcan doğurur “, – o deyib.
Koberatskinin sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana və Azərbaycana səfərləri zamanı tərəfləri snayperlərin təmas xəttindən çıxarılmasına çağırıb…
Trend.