Azərbaycan Xarici İşlər Nazirliyi ermənilər tərəfindən ABŞ Konqresində Dağlıq Qarabağın separatçı rejiminin “yaradılmasının ” 20 illiyinin qeyd edilməsini şərh edib.
“ABŞ Konqresinin ermənipərəst üzvləri erməni diasporunu razı salmaq üçün müəyyən məbləğ müqabilində zal sifariş ediblər ki, bu da həmin konqresmenlərin yanlış qənaətə əsaslanmasını bir daha göstərir; və orada bu tədbiri keçiriblər “, – Trend-ə çərşənbə günü Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib.
Dağlıq Qarabağın separatçı rejiminin “yaradılmasının ” 20 illiyinə həsr olunmuş gecə Konqresin Qızıl zalında keçilirib. Tədbirdə ABŞ konqresmenləri iştirak edib.
Abdullayev xatırladıb ki, ABŞ-ın rəsmi mövqeyi ondan ibarətdir ki, ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və separatçı rejimləri tanımır… Trend.