Ermənistan öz addımları ilə hələ də münaqişəni sülh yolu ilə həll etməyə hazır olan dövləti itirir. Trend-in məlumatına görə, bunu şənbə günü Bakıda keçirilən Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
Əzimov danışıqlarda hazırda durğunluğun müşahidə olunduğunu qeyd edib.
“ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatların nümayəndələri, əlbəttə, çalışacaqlar ki, nə isə edilsin, lakin mənim öz müşahidəm ondan ibarətdir ki, ənənəvi olaraq vasitəçilər asan yolu seçməyə çalışırlar. Ehtimal edirəm ki, vasitəçilərin də imkanı məhduddur “, – Əzimov deyib.
Nazir müavini bildirib ki, bu yaxında əldə etdikləri məlumatlara görə, Ermənistan qonşuluqda yerləşən bəzi ölkələrdən çox əhəmiyyətli miqdarda hücum xarakteri daşıyan silahlar tədarük edib… Trend.